26 İyul 2020 16:43
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tunis Prezidenti Kais Səid Daxili İşlər naziri Hişem Meşçini yeni Baş Nazir təyin edib. Dövlət başçısı ölkədə yaranmış hökumət böhranına son qoymaq üçün ona yeni kabinet formalaşdırmaqla bağlı tapşırıq verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Tunisin rəsmi TAP informasiya agentliyi məlumat yayıb.

Sabiq Baş Nazir korrupsiya ittihamları səbəbindən istefa verdikdən sonra, Kais Səid parlamentdə təmsil olunan siyasi partiyalarla məsləhətləşmələr aparıb. Cəmi 5 ay fəaliyyət göstərən koalisiya hökumətinin nazirləri də istefaya göndərilib. Tunisdə keçirilmiş son parlament seçkilərində heç bir partiyanın təkbaşına hökumət formalaşdırması mümkün olmadığından, yeni Baş Nazirin parlament fraksiyaları arasında konsensus əldə edəcəyi də şübhə altındadır. Prezidentin qərarından əvvəl qanunverici orqanda çoxluq təşkil edən “Ennadha” və “Qalb” partiyaları iki nazirin namizədliyini irəli sürmüşdü. Digər partiyalar isə onların əleyhinə çıxıb.

Yeni təyin olunmuş Baş Nazir 15 gün müddətində hökumət üzvlərinin siyahısını prezidentə təqdim etməlidir. Yeni Nazirlər Kabineti parlament tərəfindən təsdiq olunacaq.


Müəllif: Teleqraf.com