10 Oktyabr 2014 05:42
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Allahın köməyi ilə heç kim bu xalqın birliyini, bərabərliyini və qardaşlığını poza bilməz. Bu barədə narahat olmaya bilərsiniz".

Teleqraf.com-un Türkiyə mediasına istinadən məlumatına görə, bu fikirləri Prezident Rəcəb Tayyıb Ərdoğan Trabzona səfəri zamanı səsləndirib. Trend Anadolu agentliyinə istinadən bu barədə məlumat verir.

Türkiyə prezidenti Trabzona səfəri zamanı onu hava limanının çıxışında gözləyən xalqa müraciət edib. Ərdoğan göstərilən diqqət və qayğıya görə, vətəndaşlara təşəkkürünü bildirərək, onları keçmiş Qurban bayramı ilə təbrik edib.

"Regionda baş verən son hadisələr, əlbəttə ki, bizim bayramımıza kölgə salıb ", - prezident deyib və heç nəyə baxmayaraq xalqla sonadək birlikdə olmağını vəd edib.


Müəllif:

Oxşar xəbərlər