Boliviyanın müvəqqəti prezidenti Janin Anyes yeni növ koronavirusdan sağalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə müvəqqəti prezidenti öz "Twitter" səhifəsində yazıb.
J.Anyes bildirib ki, o, xəstəxanadan evə buraxılıb və normal iş rejiminə qayıdır.
Müvəqqəti prezidenti ölkə əhalisinə ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.