31 İyul 2020 17:40
1 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Müdafiə Məsələləri üzrə Dövlət naziri Annabel Qoldi Birləşmiş Krallığın hərbi idarəsinin Rusiyaya “ciddi təhlükə törədən” ölkə kimi baxmağa davam etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, müvafiq ifadəni ehtiva edən sənədlə “Russian Today” tanış olub.

“Rusiya hələ də Böyük Britaniya üçün ciddi təhlükə yaradan ölkədir. Bu təhlükəni izləmək və ona cavab vermək Müdafiə Nazirliyinin əsas prioritetlərindən biridir”, – deyə mətndə bildirilir.

Bununla da Annabel Qoldi Lordlar Palatasının üzvü Con Andersonun İngiltərə hökumətinə sorğusuna cavab vermiş olub. Siyasətçi, bu il Rusiya Hərbi Dəniz Qüvvələrinin silahlanmasına 40 yeni gəminin qəbul ediləcəyi barədə xəbərlər fonunda hökumətin Baltik və Şimal dənizlərinin təhlükəsizliyini necə qiymətləndirdiyini soruşmuşdu.

“Müdafiə Nazirliyi istismara verilən bütün yeni Rusiya gəmilərinin inkişafını izləyir və döyüş qabiliyyətlərinə əsaslanaraq müvafiq nəticələr çıxarır. Biz Rusiyanın hərbi-dəniz potensialının inkişafına qoyduğu investisiyanın regiona, o cümlədən Baltik və Şimal dənizinə təsirini qiymətləndirməyə davam edirik”, – nazir deyib.


Müəllif: Səxavət