Misir Xarici İşlər Nazirliyi Aralıq dənizinin şərqində karbohidrogen axtarışlarına başlayacağını elan edən Türkiyə ilə bağlı hədələyici açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, XİN-in açıqlamasında Türkiyənin bu addımının Misirin haqlarını pozmaq və ona hücum anlamı daşıdığı bildirilib.
Türkiyənin məlum açıqlamasından sonra bu ölkənin Cənubi Kipr və Yunanıstanla münasibətlərində də gərginliyin artması müşahidə olunur.