İsrail Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələri və helikopterlər Bəşər Əsəd ordusunun Suriyanın paytaxtı Dəməşqin cənubundakı mövqelərinə hava zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin sözçüsü Avicay Adra açıqlama verib.
O, əməliyyatlarda rejim ordusuna aid komandanlıq mərkəzləri, hərbi bazalar, müşahidə məntəqələri və kəşfiyyat nöqtələrinin vurulduğunu bildirib. Adra bunun Əsəd ordusunun İsrailin Qolan Təpələrindəki mövqelərinə hücumuna cavab xarakteri daşıdığını deyib.
Adra İsrailə yönəlik hücumlara dərhal cavab veriləcəyini qeyd edib və bundan Bəşər Əsədin məsuliyyət daşıyacağını bildirib.