8 Avqust 2020 20:56
3 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gürcüstan NATO-ya üzv olmaq üçün tam hazırdır və tərəfdaşlarımız bunu görürlər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri Georgi Qaxariya deyib.

Onun sözlərinə görə, Gürcüstan NATO-ya inteqrasiya prosesini davam etdirir:

"Bu, Gürcüstanın təhlükəsizliyi üçün son dərəcə vacibdir. Bu gün ölkəmiz NATO üzvlüyünə tam hazırdır, tərəfdaşlarımız bunu görür və qiymətləndirirlər. Əlbəttə ki, bu bir prosesdir, bu məqsədə nail olacağıq".


Müəllif: Teleqraf.com