ABŞ professoru Əl Şimkus 4 min insanın ölümünə səbəb olan "Ebola" virusu ilə bağlı dəhşətli açıqlama verib.
Teleqraf.com-un məlumatına görə, professor İŞİD terrorçularının özlərini "Ebola" virusuna yoluxduraraq bir növ kamikadze rolunu oynaya biləcəyini bildirib.
ABŞ-ın Naval Hərbi Akademiyasında professor olan Şimkus bu təhlükənin real olduğunu bildirərək, prosesin başlandığını da söyləyib.
“Forbes” jurnalına müsahibə verən hərbçi bununla da milyonlarla insanın ölümlə qarşı-qarşıya olduğunu etiraf edib.
Bukinqem Universitetinin professoru Entoni Qless də bu faktı təsdiq edərək terrorçuların virusu yaya biləcəyinin tam real olduğunu qeyd edib. Lakin professor bunun asan olmayacağını deyib:
“Terrorçular bu virusu yaymağa cəhd etsələr, öncə özləri bu virusa yoluxmalıdır. Bundan sonra onlar digər insanlara bu virusu ötürə bilər. Lakin terrorçular virusu ötürənədək ölə bilərlər”.