Sutka ərzində Donetskdə hökumət qüvvələri ilə separatçılar arasında baş verən silahlı toqquşmalar nəticəsində 4 yerli sakin həlak olub, 4 Ukrayna hərbçisi isə yaralanıb. Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, ötən gecə şəhərdə nisbi sakitlik hökm sürsə də, bu gün səhər saatlarında atışma yenidən intensivləşib.
Bu barədə Kiyevdə keçirilən brifinqdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının Analitik İnformasiya Mərkəzi rəhbərinin müavini Vladimir Polevoy məlumat verib. O, bildirib ki, atışma nəticəsində orduda yaralananların olmasına baxmayaraq, əlavə itkilər olmayıb və hökumət qüvvələrinin nəzarət etdiyi mövqelər qorunub saxlanılıb.
Nail Cəlil