Küveyt hökuməti İsraildən BƏƏ-də uçan təyyarələrə bu ölkənin hava məkanından istifadə etməsinə icazə verməyəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Küveyt mediası məlumat yayıb. “İsrail təyyarələrinin Küveytin hava məkanından keçərək BƏƏ-ə uçmasına icazənin verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”, - açıqlamada vurğulanıb.
Bu həftənin bazar ertəsi BƏƏ və İsrail arasında ilk təyyarələ reysləri baş tutub. Təyyarələr Səudiyyə Ərəbistanının hava məkanından keçərək Əbu-Dabiyə çatıb.