Almaniya yüksək səviyyəli liderlər tərəfindən istifadə edilən üç yeni hökumət təyyarəsinə raketdən müdafiə sistemləri quraşdıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “Spigel” məlumat yayıb.
Məlumatda bildirilir ki, əsasən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, kansler Olaf Şolts və xarici işlər naziri Annalena Berbok tərəfindən istifadə edilən üç A350 təyyarəsinə raketdən müdafiə sistemləri quraşdılacaq.