İraqın Kərkük şəhərinin şərqindəki El-Kadisiye bölgəsində patrul maşının yaxınlığında kamikadze özünü partladıb.
Teleqraf.com Sabah qəzetinə istinadən xəbər verir ki, hücum nəticəsində 7-i polis olmaqla 18 nəfər ağır xəsarət alıb.
Hücumu pisləyən şəhər polis idarəsinin rəisi polkovnik Adil Zeynalabdin son vaxtlar belə hadisələrin çoxaldığına deyib. O həmçinin bildirib ki, hücumu heç bir qruplaşma üzərinə götürməyib.
Faktla bağlı araşdırmalar başlanılıb. Hadiəsədə kamikadzenin öldüyü qeyd edilir.
Samir