26 Sentyabr 2020 17:41
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın bir nömrəli mafiozu sayılan Kolumbiya mafiyasının lideri Pablo Eskobarın qardaşı oğlu 5 ildir yaşadığı əmisinin evində divardan 18 milyon dollar tapıb.

Teleqraf.com xəbər verir ki, Eskobar ailəsi haqqında yeni məlumat dünyaya daha bir şok yaradıb.

Uzun illər dünyada kokain ticarətinə rəhbərlik edən Pablo Eskobarın Medelindəki evinin divarından çıxan 18 milyon dollar plastik sarafanda olub. Pulların yanında bir qızıl qələm, peyk telefonları, kamera və bir foto tapılıb.

Mafiya liderinin qardaşı oğlu buna qədər də evdə bir neçə dəfə pul tapmışdı, ancaq bu pulların hamısı çürük vəziyyətdə olduğundan istifadəyə yararsız idi.

Qeyd edək ki, 1993-cü ildə ABŞ kəşfiyyatının iştirakı ilə keçirilən əməliyyat zamanı Medelindəki bir evdə öldürülən Pablo Eskobar uzun mddət mətbuatın gündəmində olub.

"Forbes" jurnalına görə, Eskobar 25 milyard dollarlıq sərvətlə dünyanın 17-ci zəngin insanı olub. Eskobarın lideri olduğu mafiya 1980-cı illərdə dünyada istehsal olunan kokainin 80 faizinə nəzarət edib.


Müəllif: Cavad