Suriyanın Kobani şəhərini 30 gün mühasirədə saxladıqdan sonra “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı geri çəkilməyə başlayıb.
Teleqraf.com Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, Suriyadakı Xalq Hərəkatı (YPG) döyüşçülərinin yaydığı məlumatda şəhərin ən mühüm mövqelərindən biri olan Til bölgəsinin İŞİD-dən azad olunduğu qeyd edilir. Yayılan məlumatlara görə, ABŞ-ın rəhbərliyi ilə koalisiya gücləri dünən İŞİD-in Kobanidəki mövqelərinə 21 hava hücumu təşkil edib. Bunun nəticəsində Kobani şəhərinin Nevroz bölgəsi də YPG-nin nəzarətinə keçdiyi bildirilir.
Həmçinin xəbərlərdə İŞİD-in hələ də əvvəlki gücündə olduğu, Kobani şəhərinin şərq, cənub-qərb və qərb bölgələrinə nəzarət etdiyi açıqlanır.
Samir