Türkiyə Müdafiə naziri Hulusi Akar Liviya Baş qərargah rəisi Məhəmməd Əli Əhməd əl-Həddadı qəbul edib.
Teleqraf.com xəbər verir ki, generallar görüşdə Liviyadakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Yaşar Gülər də iştirak edib.
Akar Liviya hökumətinə dəstək verməyə davam edəcəklərini bildirib.
Görüşdə müzakirə olunan məsələlərə dair əlavə məlumat verilməyib.