Rusiya qırıcıları Berinq dənizi üzərində ABŞ Hava Qüvvələrinin strateji bombardmançı təyyarələrinin qarşısını kəsib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, hərbçilər Rusiya sərhədlərinə yaxınlaşan iki hava hədəfini qeydə alıb. Onları müəyyənləşdirmək və dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün Şərq Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinin “MİQ-31” və “Su-35” qırıcıları havaya qaldırılıb.
Rus qırıcıları Berinq dənizinin akvatoriyasında ABŞ-ın iki “B-1B” strateji bombardmançı təyyarəsinin qarşısını alıb.
Xarici hərbi təyyarələr sərhəddən uzaqlaşdıqdan sonra rus qırıcılar hava limanına geri qayıdıblar.