Almaniyanın şimalındakı Ren Vestfal əyalətindən “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı cərgələrinə qoşulan döyüşçü maraqlı video paylaşıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, görüntülərdə bir sıra dünya liderlərinin təhdid olunduğu bildirilir. Militan ABŞ-a və liderlərə müraciət edərək hazır olmalarını bildirib:
“1400 ildir sizi gözləyirik. Bu tək ABŞ-a aid deyil. Olland, Kameron Putin, Merkel müsəlmanlara qarşı əlbir olsanız da yenə itirəcəksiniz”.
Alman cihadçı mesajında Almaniya, Avstriya və İsveçrədəki müsəlmanlara səslənərək, onları pis insanlara tərəf durmamağa, İŞİD cərgələrinə qoşulmağa, Allah yolunda vuruşmağa dəvət edir.
Samir