ABŞ üçün beynəlxalq arenada Rusiya ən böyük təhlükə, Çin isə ən əhəmiyyətli rəqibdir.
Teleqraf.com RİA-Novostiyə istinadla xəbər verir ki, bu sözləri Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden CBS telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ-ın mövqeyini bu ölkələrin rəqib olmağa davam edib-etməyəcəkləri və ya güc tarazlığı baxımından daha ciddi rəqabət aparıb-aparmayacaqları müəyyənləşdirəcək.