27 Oktyabr 2020 09:50
9 459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada 15 milyon yəhudi var. 1880-cı illərdə yəhudilərin 90 faizi Avropada yaşayırdı, hazırda bu qitədə cəmi 1,3 milyon yəhudi var.

Teleqraf.com xəbər verir ki, Londonda fəaliyyət göstərən Yəhudi Siyasət Araşdırma İnistitunun araşdırmalarına görə, İngiltərə, Rusiya və Türkiyənin də aralarında olduğu Avropadakı yəhudi nüfuzu min ilin ən aşağı səviyyəsinə düşüb.

Araşdırmaya görə, hazırda Avropada cəmi 1,3 milyon yəhudi yaşayır. Araşdırmadan aydın olub ki, 1970-ci ildən bu yana Avropada yəhudilərin sayı 60 faiz azalıb.

1970-ci illərdə Avropada 3,2 milyon yəhudi yaşayıb. Daha sonra anti-semitizm və assimilyasiya səbəbindən Avropa ölkələrindən “səssiz yəhudi köçü” baş verib. 1970-ci ildə Türkiyədə 39 min yəhudi yaşayıb, hazırda bu say 14600 nəfərdir.

Qeyd edilir ki, qarışıq evliliklər də yəhudi toplumu üzərində təsirə sahibdir. Polşada yəhudilərin 70 faizi yəhudi olmayanlarla ailə qurur. Macarıstanda bu göstərici 50 faizdir. Oxşar rəqəmlərə Hollandiya, Danimarka, Fransa və İngiltərədə də rast gəlmək mümkündür.


Müəllif: Cavad