Slovakiya prezidenti Andrey Kiska ölkəsi tərəfindən Ukrayna və Avropa İttifaqı arasında assosiasiya sazişinin ratifikasya olunması barədə qanunu imzalayıb.
Teleqraf.com UNİAN-a istinadən xəbərinə görə, indisə Slovakiya ratifikasiya haqında sənədi saxlamaqçn Avropa İttifaqı Şurasının baş katibliyinə verməlidir. Bu, bir neçə gün ərzində həyata keçiriləcək.
Bundan başqa, Slovakiya prezidenti Moldovavə Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya sazişlərinin ratifikasya olunması barədə qanunları da imzalayıb.
Slovakiya prezidenti bildirib ki, bu sənədlərin ratifikasiya olunması "tarixi hadisədir". O, əlavə edib ki, Slovakiya bundan sonra da Ukrayna, Gürcüstan və Moldovaya kömək edəcək.
Nihad