18 Oktyabr 2014 01:46
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəsmi Kiyev Minsk razılaşmasının şərtlərinə qətiyyən əməl etmir".

Teleqraf.com-un Lenta.ru-ya istinadən məlumatına görə, bunu Milanda görüş sonrası açılamasında Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin Ukraynanın razılaşmalara riayət etmədiyini söyləyib və tərəfləri razılaşmalara əməl etməyə çağırıb.

Putin Donetsk hövzəsinin xüsusi statusu haqqında qanunu düzgün istiqamətdə addım adlandırıb və bunun təhlükəsizlik sahəsində problemlərin həllində böyük rol oynayacağını qeyd edib.

Xatırladaq ki, dünən Milanda Putin və Poroşenko arasında Qərb liderlərinin iştirakı ilə görüş keçirilmişdi. Ukrayna böhranı ilə bağlı bu danışıqlar nəticəsiz yekunlaşmışdı


Müəllif: