BMT Ebola virusu ilə mübarizədə çarəsiz qalıb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, BMT-nin Ebolayla mübarizə üçün 1 milyard dollar toplama məqsədiylə qurduğu yardım fonduna bu günə qədər yalnız 100 min dollar nağd pul bağışlanıb. Bu yardımın isə yalnız Kolumbiyadan gəlməsi diqqəti çəkib. Amma buna baxmayaraq, ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Çin və Yaponiya kimi ölkələr fonda 20 milyon dollar dəstək söz verib. Qərbi Afrika ölkələrində başlayan və bu günə qədər 5 minə yaxın insanın ölümünə səbəb olan Ebola dəhşətini dayandırmaq üçün ABŞ və Avropada dəqiq bir addım atılmayıb.
ABŞ prezidenti Barak Obama Qərbi Afrikaya təxminən 4 min ehtiyat əsgərin göndərilməsi təklifinə razılıq verib. İngiltərə də dünən Afrika ölkələrinə yardım üçün bölgəyə əsgər göndərdiyini açıqlayıb. Bu arada Dünya Səhiyyə Təşkilatı isə ölümcül virusun epidemiyadan ən çox əziyyət çəkən üç ölkəndən digərlərinə yayılmasının qarşısını almaq üçün səylərin artırılacağını açıqlayıb.
Samir