3 May 2014 22:10
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma Donetsk Xalq Respublikasının tərəfdarları Donetskdə separatçılar Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) yerli idarəsinə hücum edərək binanı ələ keçiriblər.

Teleqraf.com "UNİAN”a istinadən verdiyi xəbərə görə, hərbi geyimli şəxslər hücum zamanı “Rusiya”, “Odessa rus şəhəridir” kimi şüarlar səsləndiriblər.


Məlumata görə, hücum edənlər mühafizə olunmayan UTX binasını 2 dəqiqə ərzində ələ keçiriblər. Etirazçılar yaxınlıqda yerləşən UTX İstintaq İdarəsinin binasını da nəzarətə götürüblər. Aksiyada 1000-dək insanın iştirak etdiyi bildirilir.


Müəllif: Teleqraf.com