21 Noyabr 2020 23:37
1 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hazırda “Fatih” və “Yavuz” qazma gəmiləri ilə karbohidrogen axtarışlarını davam etdirir, noyabrın 14-də üçüncü qazma gəmisi “Kanuni” də Filyos limanına çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Kanuni” Qara dənizdə 2021-ci ilin ilk aylarında fəaliyyətə başlayacaq. Gəmi hazırlıqlarını davam etdirir.

Ümumi uzunluğu 227 metr, hündürlüyü 114 metr, eni 42 metr və 60 316 ton ağırlığında olan “Kanuni” qazma gəmisinin avadanlıqla təmin olunması və gücləndirilməsi Filyos limanında tamamlanacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər