Video əlavə olunub.
***
11:06
Rusiya Prezidenti Vladimir Putinin komandanlığı altında ballistik raketlərin təlimi keçirilib.
Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada Strateji Nüvə Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının iştirakı ilə böyük bir təlimin keçirildiyi bildirilib.
Təlimin Rusiya Prezidenti Vladimir Putinin komandanlığı altında həyata keçirildiyi, Arxangelskdəki Plesetsk Kosmik Bazasından və Barents dənizindən ballistik və qanadlı raketlərin atıldığı deyilib.
Təlim zamanı əvvəlcədən təyin edilmiş hədəflərin Ukrainka Hava Bazası və Engels Hava Bazasından havaya qalxan “Tu-160” və “Tu-95MS” bombardmançı təyyarələri tərəfindən vurulduğu bildirilib. Bundan əlavə, təlimdə Rusiyanın Komi Respublikasındakı Pemboy və Kamçatka ərazilərindəki Kura təlim poliqonlarından ballistik raketlərin atıldığı qeyd edilib.
Təlimlərin hamısının uğurla başa çatdığı bildirilsə də, hazırda Rusiya və ABŞ arasında danışıqların getdiyi Strateji Hücum Silahlarının Azaldılması Sazişi (START-3) 5 fevral 2021-ci il tarixində başa çatacaq.