20 Oktyabr 2014 23:59
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Krımı qeyd-şərtsiz Ukraynaya qaytarmalıdır”. Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, müvafiq bəyanatı Polşa Prezidenti Bronislav Komorovski səsləndirib.

Komorovski vurğulayıb ki, Krım geri qaytarılmadıqca Rusiya ilə hər hansı ciddi anlaşma və razılığın əldə olunması qeyri-mümkündür: “Bu, baş vermədikcə Qərbin rus siyasətçilərinə qarşı sanksiyaları ləğv olunmayacaq”.

O, Avropanın və Qərbin birmənalı şəkildə Ukraynanın haqlı mövqeyini dəstəklədiyini, Avropa ölkələrinin Ukraynanın ərazi bütövlüyünün bərpasına birgə səy göstərdiklərini bildirib. Polşa prezidenti məhz bu səylər nəticəsində Rusiyanın bütöv Şərqi Ukraynanı işğal etmək planlarının qarşısının alındığını qeyd edib.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər