Xəbər verdiyimiz kimi Moskvada Vnukovo aeraportunda baş verən aviaqəzada Fransa neft şirkəti Total-ın prezidenti Kristofer de Marjeri həlak olub.
ANS PRESS-in məlumatına görə, 63 yaşlı Marjeri karyerasını rəhbərlik etdiyi şirkətin maliyyə şöbəsində 1974-cü ildə başlayıb. 2007-ci ildə isə şirkətin prezidenti vəzifəsdinə kimi yüksəlib.
“Uzun bığ” ləqəbli Marjeri şirkətdə kəşfiyyat işləri və istehsala rəhbərlik edib. Bundan əlavə o siyasi cəhətdən “qaynar nöqtələr” sayılan İraq və ya Myanma kimi ölkələrdə fəaliyyətə cavabdeh olub.
Qeyd edək ki, Fransanın Total şirkəti Avropanın 3-cü ən böyük neft şirkətidir.