18 Dekabr 2020 22:00
3 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) İngiltərə ilə ticarət və gələcək münasibətləri müəyyən edəcək sazişinin gələn ilin əvvəlində qüvvəyə minməsi üçün müzakirələrin bir neçə saat ərzində başa çatmasının vacib olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə ilə Brexit danışıqlarına rəhbərlik edın Mişel Barnyer açıqlama verib.

Barnyer qeyd edib ki, tərəflər arasında ticarət və gələcək münasibətləri müəyyən edəcək sazişlə bağlı danışıqların bu mərhələsində ən çətin məsələlər masaya yatırılıb.

O, tərəflərə bütün nəticələrə hazır olmalarını tövsiyyə edib. AB və İngiltərə arasında anlaşmanın əldə edilməsi ehtimalını təkzib etməyən diplomat bunun üçün qarşılıqlı ticarətin ədalətli və bərabər şərtlər altında həyata keçirilməsi və balıqçılıqla bağlı məsələlərdə anlaşmanın əldə edilməsinin vacub olduğunu deyib:

“Qərar verməyin vaxtı çatıb, çox az zaman var. Bu anlaşmanın yanvarın 1-də qüvvəyə minməsini istəyirsinizsə, müzakirələri başa çatdırmaq üçün cəmi bir neçə saat vaxtınız var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər