22 Oktyabr 2014 12:58
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Fəlluce rayonunun Amiriyye bölgəsində İraq ordusu “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı əməliyyat keçirib.

Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, hücumlar nəticəsində İŞİD-in 20 militanı öldürülüb. Bu barədə Fəllucə rayonunun polis rəisi Arif Əl-Cennabi məlumat verib. Onun sözlərinə görə, toqquşmalar zamanı ağır silahlardan istifadə edilib.

Eyni zamanda, o, ABŞ-ın rəhbərliyi ilə koalisiya güclərinin İŞİD-ə qarşı dağıdıcı hava hücumlarının həyata keçirildiyini də qeyd edib.

Samir


Müəllif:

Oxşar xəbərlər