Qərb ölkələrindən “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının sıralarında döyüşmək üçün İraq və Suriyaya gələnlərin sayı durmadan artır.
Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, İşveç rəsmilərinin məlumatlarında İŞİD-ə qatılan isveçlilərin sayının 150-ə çatdığı bildirilir. Məlumatlarda bu şəxslərin İslamla yeni tanış olduqları, dini dərindən bilmədikləri və ilk dəfə bir müharibəyə qoşulduqları qeyd olunur.
İşveç hökuməti isə İŞİD-ə qoşulan vətəndaşların bir qisminin toqquşmalarda öldüyünü təsdiqləyib.
Samir