22 Oktyabr 2014 16:19
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Herrero ştatının İquala şəhərində etiraz aksiyalarından sonra itkin düşən 43 tələbəinin taleyi ilə bağlı heç bir məlumat yoxdur.

Teleqraf.com eournews.com-a istinadən xəbər verir ki, tələbələrin itkin düşməsi ilə bağlı məlumat etirazçıların bəzi silahlı şəxslər və polislər tərəfindən atəşə tutulmasından sonra bəlli olub. Hadisələr zamanı 6 etirazçı da qətlə yetirilib. Qanlı olaydan sonra 36 polis işçisi saxlanılıb.

Hakimiyyət itkin tələbələr ilə bağlı məlumata görə 100 min dollar vəd edir.

Qeyd edək ki, tələbələr sentyabrın sonunda təhsil sahəsində islahatlarla bağlı etiraz aksiyası keçiriblər.

Samir


Müəllif:

Oxşar xəbərlər