8 Yanvar 2021 20:26
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın paytaxtı Londonda koronavirus pandemiyası fonunda xəstəxanaların dolması təhlükəsi ilə bağlı fövqəladə vəziyyət rejimi elan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə London meri Sadik Xan uyğun açıqlama yayıb.

“Virus təhlükəsi fəlakətli nöqtəyə çatdığı üçün bu gündən Londonda fövqəladə vəziyyət rejimi elan edirəm. Hazırda hər 30 London sakini COVID-19-a yoluxub. Biz indi tədbir görməsək, onda səhiyyə xidmətimiz yüklənər və daha çox insanımız ölər”, - o, tvitter səhifəsində yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər