9 Yanvar 2021 15:08
1 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçı senator Lindsey Qraham “Fox News”un canlı yayımında yeni dövlət başçısı Co Bayden və Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə müraciət edərək, konstitusiyanın 25-ci maddəsindən istifadə edərək Prezident Donald Trampın vəzifədən uzaqlaşdırılması üçün başlanacaq prosesi dayandırmalarını istəyib.

Teleqraf.com xəbər verir ki, respublikaçılar arasında Trampa ən çox yaxınlığı ilə tanınan Qraham impiçment proseduru ilə bağlı Demokratlar Partiyasına müraciət edib.

Hadisələrdən sonra ABŞ Prezidenti Trampın “faydalı” bir video yayımladığını xatırladaraq, qanlı etirazları qəbul etmədiyini və Konqresə basqın edənlərin cəzalandıracağını bildirdiyini söyləyib.

Co Bayden və Nensi Pelosiyə çağırış edən senator Trampa qarşı bu prosesin dayandırılmasını xahiş edib.

İngiltərənin “Daily Mail” qəzeti bu müraciəti “Senator yalvardı” başlığı ilə dərc edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər