Böyük Britaniyada sutkada qeydə alınan koronavirusa yoluxanların sayı 59,9 mini keçib.
Teleqraf.com xəbər verir, ümumilikdə ölkədə 3,01 milyondan çox yoluxma faktı qeydə alınıb.
Beləliklə, Böyük Britaniya ABŞ, Hindistan, Braziliya və Rusiyadan sonra dünyada 3 milyon yoluxma göstəricisini keçən beşinci ölkə oldu.
Qeyd edək ki, Krallıqda ardıcıl on ikinci gün ərzində 50 mindən çox yoluxma faktı qeydə alınır.
Son 24 saat ərzində ölkədə koronavirusdan ölənlərin sayı 1035 nəfər təşkil edib. Ümumilikdə, Böyük Britaniyada Avropada ən böyük göstərici olan 80,8 mindən çox insan ölüb.