Portuqaliya prezidenti Marselu Rebelu di Souza koronavirusa yoluxub.
Teleqraf.com-un məlumatına görə, bu barədə dövlət baçsının saytında bildirilib.
Məlumatda deyilir: "“Dünən respublika prezidentinin [koronavirus üçün] götürülən testinin nəticəsi neqativ olub. Bu gün koronavirus antigenlərinin olması ilə bağlı testinin neqativ olmasına baxmayaraq, 21:40-da PCR testinin pozitiv nəticə verdiyi məlum oldu".
Portuqaliya liderində koronavirus infeksiyası əlamətlərinin olmadığı bildirilib.