25 Oktyabr 2014 20:39
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynanın şərqində böhran yalnız siyasi nizamlama yolu ilə həll edilə bilər".

Teleqraf.com-un İTAR TASS agentliyinə isitnadən məlumatına görə, bu fikri ölkədə bazar gününə nəzərdə tutulmuş növbədənkənar seçkilər ərəfəsində Ukrayna prezidenti Pyotr Poroşenko səsləndirib.

Poroşenko bildirib ki, ölkənin şərqində vəziyyəti mövcud gərginliyə baxmayaraq, ancaq dinc yolla nizama salmaq mümkündür.

Ukrayna prezidenti onu da qeyd edib ki, onun administrasiyasında yeni parlamentlə bağlı artıq koalisiya razılaşmasının layihəsi hazırlanıb. O, vurğulayıb ki, yenidən seçilmiş Ali Rada islahatları dəstəkləməli, Avropa yönümlü olmalıdır.

Yeni parlamentdə koalisiyanın fəaliyyəti üçün əsas, prezidentin sözlərinə görə, onlar tərəfindən irəli sürülmüş "Strategiya-2020" proqramı olmalıdır: “Onun reallaşdırması, Ukraynaya dünyada ləyaqətli yeri təmin etməli və 2020-ci ildə Avropa Birliyinə üzvlüyünə ərizə verməsi üçün zəmin yaratmalıdır”.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər