26 Oktyabr 2014 18:53
1 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

NASA prezidenti Çarlz Bolden son 50 ilin ən böyük günəş fırtınası səbəbiylə dekabrın 21, 22 və 23-də bir qisminin qaranlığa qəraq olacağını açıqlayıb.

Teleqraf.com-un Türkiyənin "Sabah"a qəzetinə istinadən xəbərinə görə, İngiltərədəki məşhur Lloyd'S sığorta şirkəti, eləcə də Atmosfer və Ətraf Mühiti Araşdırma Mərkəzi tərəfindən aparılan bir araşdırmaya görə isə günəş fırtınasının ziyanı 2 trilyon dollar ola bilər.

Önəmli günəş fırtınaları isə aşağıdakı illərdə baş verib.

1859, Carrington Fırtınası

1859-cu ilin sentyabrında ingilis astronomu Richard Carrington olduqca parlaq bir günəş partlamasına şahid oldu. Ertəsi səhər cənubdakı Kuba, El Salvador və Havay da daxil olmala dünyanın dörd bir yanında səmada, qırmızı, yaşıl və bənövşəyi qütb işıqları müşahidə olundu. Günəş fırtınası səbəbiylə qığılcımlar teleqraf xəttlərinə sıçradı. Dünyanın bir çox yerində teleqraf xidməti çökdü.

1941, Nyu Yorkda böyük həyacan yaşandı

1941-ci ilin sentyabr ayında baş verən hadisə zamanı New York rakiosu "Bruklin Dodgers" - "Pittsburgh Pirates" komandalarının qarşılaşdığı bir beysbol matçını verərkən, yayın kəsildi. 15 dəqiqə yayınlanamayan matç səbəbiylə tərəfdarlardan sərt reaksiya gəldi. Radio canlı yayımın günəşdə partlayışla əlaədarolduğunu açıqladı.

1989, Kanadada enerji böhranı

1989-cu ilin mart ayında Hydro-Quebec elektrik stansiyası geomaqnit fırtınası səbəbindən 2 dəqiqə işini dayandırdı. 6 milyon adam 9 saat elektriksiz qaldı. Hadisə nəticəsində Kanadaya 13 milyard dollar ziyan dəydi.

2003, Halloven fırtınası

2003-c ilin oktyabr ayının sonunda baş verən günəş fırtınası son 25 ilin ən böyük fırtınası olaraq qeydə alındı. ABŞ-ın şimal-qərb bölgələrində elektrik şəbəkələrində problemlər yaşandı və şimal-şərqdəki bir generator həddindən artıq yükləndi. Federal Aviasiyanın GPS əsaslı sistemi 30 saat ərzində xidmət xaricində oldı. İsveçdə 50 min adam elektriksiz qaldı. Cənubi Afrikada 12 generator sıradan çıxdı.

Nihad


Müəllif:

Oxşar xəbərlər