27 Oktyabr 2014 06:35
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko seçki məntəqələrinin bağlanmasından sonra ukraynalılara video-müraciət edib.

Poroşenko seçkilərin başa çatması ilə əlaqədar ukraynalıları təbrik edib. O, söz verib ki, səslərin hesablanması dürüst olacaq. Ekzit-poll-un məlumatına əsaslanan prezident dəstəyə görə, xalqa minnətdarlığını çatdırıb.

"Mən demokratik, Avropa yönümlü əksəriyyətdən səs verməyi xahiş edirdim. Təşəkkür edirəm ki, eşitdilər, təşəkkür edirəm ki, bu çağırışı dəstəklədilər" – deyə, prezident vurğulayıb.

Poroşenko onu da qeyd edib ki, son 100 ildə ilk dəfə olaraq, Kommunist Partiyasının parlamentin tərkibinə daxil ola bilməməsi sevindiricidir:

“96 il ərzində ilk dəfə Ukrayna parlamentində kommunistlər olmayacaq. Mən sizi bununla təbrik edirəm. Ukraynalılar beşinci siyasi sütuna həlledici zərbəni vurdular. Ədalət qalib gəldi və Regionlar Partiyası heç seçkilərdə iştirak edə bilmədi".

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər