3 Mart 2021 22:26
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu gün 65 nəfər pandemiyanın qurbanı olub.

Bununla indiyədək COVID-19-dan ölənlərin sayı 28 min 771-ə yüksəlib.

Gün ərzində 138 min 18 test aparılıb, onlardan 11 min 520-si müsbət çıxıb. Bununla ümumi yoluxanların sayı 2 milyon 734 min 836-ya çatıb.

Ağır xəstə sayı 1224-dür. Bu gün 7 min 191 nəfər xəstəlikdən sağalıb. Beləcə, sağalanların sayı 2 milyon 593 min 264-ə qalxıb.


Müəllif: Teleqraf.com