4 Mart 2021 12:09
4 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi amerikalı həbçilərin yerləşdiyi İraqdakı Ayn əl-Əsəd hava bazasına raket hücumlarının əvvəlkilərlə eyni olduğunu deyərək, İranın dəstəklədiyi şiə qruplaşmalarına işarə verib.

Teleqraf.com xəbər verir ki, Kirbi bazaya 10 raketin atıldığını, hamısının da hədəfə dəydiyini bildirib.

Hücumlara cavab olaraq raket, top və digər müdafiə sistemlərinin işə salındığını bildirən Kirbi atılan raketləri vura bilmədiklərini söyləyib.

“Şiələrin dəstəklədiyi qrupların raket hücumlarını əvvəllər də görmüşük. Buna görə şübhəsiz ki, şiələrin dəstəklədiyi qrupların əvvəlki hücumları ilə uyğundur”, - Pentaqon sözçüsü vurğulayıb.

Con Kirbi İranın uzun müddətdir şiə qruplarına müxtəlif yollarla dəstək verdiyini də bildirib və əvvəlki rəhbərliyin maksimum təzyiq siyasətinin İranı daha da cəsarətləndirdiyini iddia edib.

“İran və ABŞ arasındakı münasibətlər hələ də gərgindir”, - Kirbi bildirib.

Bu qrupların bəzilərinin İran tərəfindən dəstəkləndiyini deyən Pentaqon sözçüsü qeyd edib: “Əlbəttə, heç kim orada gərginliyin artmasını istəmir”.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi bundan əvvəl verdiyi açıqlamada hvba bazasına edilən hücuma cavabın veriləcəyini bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu