28 Oktyabr 2014 09:09
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Şimali Vəziristan bölgəsində hərbi hava hücumları zamanı terrorçuluqda şübhəli bilinən 33 nəfər qətlə yetirilib.

Publika.az-ın məlumatına görə, ordunun verdiyi bəyanatda Əfqanıstanla sərhəddə Dattakhel və Garlamayda hava hücumları zamanı terrorçuların gizləndiyi doqquz istehkamın dağıdıldığı bildirilir.

Qeyd edək ki, Pakistan iyun ayından Şimali Vəziristan bölgəsində genişmiqyaslı hücumlara başlayıb. Rəsmilri bu müddət ərzində 1100-dən çox yaraqlının öldürüldüyünü bildirib. Hərbi qüvvələr bölgədə başlıca şəhələrin Pakistan-Əfqanıstan sərhədinin hər iki tərəfində böyük tələfatlarla səbəb olmuş hücumlarda günahlandırılan ekstremist şəbəkələrdən təmizləndiyini deyib.

Pakistan ordusu həmçinin bu yaxınlarda Xeybər sərhəd bölgəsində də yaraqlılara qarşı əməliyyatlara başlayıb. Rəsmiləri Vəziristanda hücumlar zamanı qaçan islamçı döyüşçülərin orada sığınacaq tapdığına inanır. Bazar günü keçirilmiş hücumlar zamanaı 18 yaraqlının öldürüldüyü bildirilir.

Müəllif:

Oxşar xəbərlər