ABŞ prezidenti Cozef Bayden Novruz bayramı ilə əlaqədar təbrikini yayıb.
Bu barədə Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir.
Bayden müraciətində qeyd edib ki, koronavirus pandemiyası fonunda dünya kifayət qədər mürəkkəb dövrdən keçib, ancaq xoş günlər yaxındadır.
ABŞ prezidenti vurğulayıb ki, Novruz bayramını İrandan başlayaraq Mərkəzi Asiyaya, Yaxın Şərqdən Avropaya qədər bir çox ölkələr qeyd edir.
Dövlət başçısının sözlərinə görə, koronavirus pandemiyası fonunda dünya çətin dövr yaşayır və hətta bayramın qeyd olunması rəqəmsal formatda keçirilir.
"Xatırlamalıyıq ki, bütün ağrılardan və itkilərdən sonra bizi irəlidə ən yaxşı günlər gözləyir. Biz ümumi gələcək, tam sülh və anlayış naminə çalışmalıyıq", - Ağ Ev rəhbərinin müraciətində deyilir.