31 Mart 2021 17:47
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Senatı anaların məktəb gəzintilərində hicab taxmasını, eləcə də çimərlikdə hicablı çimərlik geyimləri və azyaşlıların ictimai yerlərdə hicab taxmasını qadağan edən qanun layihəsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, mübahisəli qərarın sol partiyalar və Daxili işlər naziri Cerald Darmaninin etirazına baxmayaraq qəbul edildiyi bildirilib

Darmanin hicablı anaların məktəb gəzintilərində iştirakına qadağa qoyulmasının konstitusiyaya zidd olduğunu söyləyib.

Hökumət tərəfindən hazırlanan qanun layihəsi dini qurumlara nəzarəti gücləndirməklə yanaşı, Fransada dini təhsilin məhdudlaşdırılmasını da nəzərə tutur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər