28 Oktyabr 2014 23:44
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın "Nyu York Post" (“New York Post”) jurnalı bu gün Rusiya Prezidenti Vladimir Putinlə bağlı sensasiyalı məlumat yayıb.

AzPolitika.info-nun məlumatına görə, ABŞ dərgisi Putinin ağır xəstəlikdən əziyyət çəkdiyini, ona mədəaltı vəzinin xərçəngi diaqnozu qoyulduğunu xəbər verib.

Müəllif Riçard Conson qeyd edir:

“Belə bir şayiə gəzir ki, Vladimir Putinin Ukraynaya müdaxiləsinin arxasında onun xərcəng xəstəliyinə tutulması dayanır.

Belarus və Polşadakı məlumatlı mənbələr artıq bir neçə aydır ki, Rusiyanın güclü adamının (Putinin) onurğa beyinində xərçəng olması barəsində xəbərlər yayırlar. Ancaq mənim etibarlı mənbələrim bildirir ki, onun xəstəliyi mədəaltı vəzinin xərçəngidir. Gələn digər xəbərlərə əsasən, Putini Almaniyadan olan 84 yaşlı bir həkim müalicə edir. Həmin həkimlə Putin hələ o, DTK-da işlədiyi zaman Drezdendə tanış olublar.

Müalicə həkimi steroidlər də daxil olmaqla, müxtəif növ prosedurlardan istifadəyə baş vurub. Elə məhz həmin dərmanların təsirindəndir ki, hərdən Putinin üzündə şişkinlik açıq şəkildə müşahidə olunur. Böyük Britaniyanın veteran kəşfiyyatçısı Krispin Blek deyir ki, Putinin xərçəngə tutulması şayiəsi yenidən güclənmiş şəkildə sanki geriyə qayıdıb. Blek yazır: ”Belə bir fikir gəzir ki, yaşamaq üçün Putinin cəmi 3 il vaxtı qalıb və elə məhz buna görə də o özündən sonraya Böyük Pyotr və Stalin kimi, geniş torpaqlar miras qoymaq istəyir…”

Rusiya prezidentinin mətbuat xidməti bu xəbəri hələ ki, şərh etməyib.


Müəllif:

Oxşar xəbərlər