29 Oktyabr 2014 01:57
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalara dəyişiklik edilməsinə əsas görmür.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələr Komitəsinin iclasından sonra bu qənaətə gəlinib. Qeyd edək ki, sözügedən iclas Brüsseldə keçirilib.

"Bü günkü müzakirələr Rusiyaya qarşı sanksiyalarla əlaqədar Avropa İttifaqına üzv ölkələrin liderləri və xarici işlər nazirlərinin apardığı diskussiyaların davamıdır. Müzakirələr zamanı məsələyə qiymət verilib və daimi üzvlər Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalara dəyişiklik edilməsinə ehtiyac görmür", - avropalı diplomatlardan biri deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Şərqi Ukraynada situasiyanı izləməkdə davam edəcək.

Nihad


Müəllif: