29 Oktyabr 2014 11:42
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ebola virusu Avropa ölkələrində yayılmaqda davam edir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, növbəti belə hal Rumıniyada qeydə alınıb. Rəsmilərin verdiyi məlumata görə, paytaxt Buxarestdən 280 kilometr uzaqlıqda Galati rayonunun sakini olan 33 yaşlı kişi Ebola təhlükəsi ilə xəstəxanaya müraciət edib.

Paytaxtdakı Viktor Babeş xəstəxanasında güclü nəzarət altında saxlanılan şəxsin oktyabrın 18-də Qvineyadan gəldiyi bildirilir.

Qeyd edək ki, bu Rumıniyada Ebola virusunun aşkarlandığı ilk haldır.

Samir


Müəllif:

Oxşar xəbərlər