Aprel ayında Avstriyadan Suriyaya gedib İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qatılan Bosniya əsilli Sabina Selimoviclə bağlı yeni məlumatlar yayılıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fransada dərc olunan “Paris Match” jurnalı Semra Kesinoviç ilə birlikdə İŞİD-ə qatılan Sabinaya göndərilən məktuba qısa cavab aldıqları barəsində məlumat yayıb. S.Selimovic yazdığı cavabda evli olduğunu, ancaq hamilə qalmadığını bildirib. O, mesajı İŞİD militanı olan ərinin icazəsi ilə yazdığını qeyd edib. Qızın sözlərinə görə, Avtriyadan fərqli olaraq, hazırda azad dinlə məşğul olur və halal yeməklər yeyir.
Mütəxəssislər isə bu məktubun təzyiq altında yazıldığını iddia edirlər.
Samir