27 Aprel 2021 14:27
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı partiyasının TBMM-dəki fraksiyasının toplantısında gündəmlə əlaqədar dəyərləndirmələr edib.

Teleqraf.com xəbər verir ki, D.Baxçalı Xalqların Demokratik Partiyasının (HDP) qondarma erməni soyqırımı ilə bağlı bəyanatına kəskin etirazını bildirib.

O deyib:

“Hələ də HDP-ni dəstəkləyən varmı? “Bu qədər səs aldı filan” söyləyən köksüz biri varmı? Bu terror təşkilatı hələ də fəaliyyətini davam etdirə biləcəkmi? HDP-nin qapısına hüququn möhürü vurulmalıdır. Bu partiyaya bənzəyən qanlı şəbəkə bağlanmalıdır”.

D.Baxçalı qeyd edib ki, bunlardan heç kim siyasətdə olmamalıdır:

“Millətimizə soyqırımını törətdiyini deyənlər, Paşinyan istefa verdi, buyursunlar çox yaxşı tanıdıqları dağ yolu ilə Ermənistana getsinlər. Bu milləti sevməyənləri sevmirik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər