29 Aprel 2021 10:30
1 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Makedoniya prezidenti Stevo Pendarovski Balkanlarda sərhəd dəyişikliyi ilə bağlı fikirlərin son dərəcədə təhlükəli olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, prezident Balkanlarda sərhədlərin dəyişdirilməsinin qarşıdurmaya yol açacağına səbəb olacağı haqda xəbərdarlıq edib.

Şimali Makedoniyanın sərhəd dəyişikliklərini əsla qəbul etməyəcəyinə vurğu edən Pendarovski bu halların gətirəcəyi nəticələrin ağır olacağını anons edib:

"Lozanna razılaşması nəticəsində çox acı çəkən bu insanların bəziləri ilə danışmaq mümkündür. Hələ də ruhlarında ağır yaralar daşıyırlar və evlərini heç görməyibər. Türkiyə və Yunanıstanı dəyişdirən hadisədir”.

Prezident Avropa Birliyi ölkələri və NATO üzvü olan dövlətlərin liderləri ilə görüşlərini xatırladaq bildirib ki, heç kimsə bunu dəstəkləməməlidir.

Qeyd edək ki, Balkan ölkələrindəki media qurumlarında yayılan sənəddə Bosniya və Herseqovinanın Serbiyaya, Kosovanın isə Albaniyaya birləşdirilməsindən bəhs edilib.

“Qərbi Balkanlar-Əlavə” başlığı ilə hazırlanan sənədin Sloveniyanın rəsmi mövqeyi olmadığı və bunun keçmiş Yuqoslaviya ilə qarşılaşdığı problemlərin “həlli” olduğu iddia edilib. Bosniya və Hersoqovinanın Avropa Birliyi üzvlüyünün rədd edilməli olduğunu qeyd edən sənəddə bölgədəki boşluqlardan Türkiyənin faydalandığı iddia edilib və Ankaranın Şimali Makedoniya ilə Bosniya və Herseqovinaya xüsusi təsiri olduğu bildirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər