Polşa Rusiyadan olan qaz asılılığını mümkün qədər azaltmağa çalışır. Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, Polşa iki böyük enerji konserni - "Grupa Azoty" və "PKN Orlen" Rusiyadan qazın istehlakını maksimum azaltmaq barədə qərar qəbul ediblər. Hər iki şirkət bunun müqabilində Almaniyadan alınan mavi yanacağı artırmağa çalışırlar.
Son zamanlar Rusiya ilə münasibətlərdə yaşanan gərginlik Polşa müəssisələrini alternativ enerji mənbələri axtarmağa vadar edib. Eyni zamanda, Polşa hökuməti də Rusiya Federasiyası qazından asılılığını azaltmağa çalışır. Polşa dövlət şirkəti PGNiG artıq mavi yanacağın əsas hissəsini bilavasitə Almaniyadan alır.
"Alman dalğası" radiosunun xəbər verdiyi kimi, ötən il Polşa tərəfinin sərf etdiyi qazın 55 faizi Rusiyadan idxal edilib. Lakin Moskvadan asılılığın azaldılması üçün Varşava durulaşdırılmış təbii qazın çatdırılmaları üzrə layihələri inkişaf etdirir və qaz bazarını liberallaşdırmağa çalışır.
“Reuters”in araşdırmasına görə, növbəti iki il ərzində Polşa Rusiya qazının istehlakını 15%-ə qədər azalda bilər.
Nail Cəlil